Vaydel: "Almanlar Ukrayna uğrunda ölümə gedəsi deyillər" | VİDEO

      Vaydel:    "Almanlar Ukrayna uğrunda ölümə gedəsi deyillər" |    VİDEO
  08 Oktyabr 2025    Oxunub:738
"Alman əsgərləri öz canlarını Ukrayna üçün qətiyyən qurban verməyəcəklər".
Bu sözləri "Almaniya üçün Alternativ" Partiyasının (AfD) sədri, müxalifətin lideri Alis Vaydel "Bundestaq"da (parlament) jurnalistlərə açıqlama verərkən dilə gətirib. O vurğulayıb ki, alman xalqı yalnız öz ölkəsini qorumağa borcludur.

"Uşaqlarımız, oğullarımız, əsgərlərimiz hansısa digər ölkə, xüsusilə də Ukrayna uğrunda qətiyyən döyüşə göndərilməməlidirlər. Ukraynadakı hərbi isterikaya qoşulmayacağıq. Kansler Fridrix Merts və müdafiə naziri Boris Pistorius müharibəyə belə can atırlarsa, buyurub özləri Ukrayna Ordusuna yazılsınlar", - xanım lider söyləyib.

Alis Vaydel həmçinin Rusiya-Ukrayna müharibəsi fonunda NATO-nun alyansa üzv ölkələri "siyasi təzyiq alətinə çevirməsini" də pisləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   Ukrayna   müharibə   reaksiya  



Xəbər lenti